Xaçmazda ekoloji təmizlik aksiyası keçirilib. Bu haqda ShimalNews 8 iyul tarixində məlumat verir.
Tədbir Xudat Meşəbəyliyində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub. Burada Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, meşəbəyliyin əməkdaşları və könüllü gənclər iştirak ediblər.
Meşə ərazisi plastik və məişət tullantılarından təmizlənib. Məqsəd isə ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olub.