Xızı rayonun Şuraabad kəndi ərazisində polis əməkdaşları əməliyyat keçiriblər.
Shimal.News DİN-in Mətbuat Xidmətininə istinadən xəbər verir ki, həmin vaxt 5 kq-ya yaxın marixuana, 8 kq-ya yaxın tiryək və metamfetamin, həmçinin 4440 ədəd metadon, eləcə də preqabalin həbləri aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, aşkarlanan narkotiklərin kimə məxsus olmasının müəyyən edilməsi istiqamətimdə araşdırmalar davam etdirilir.