“Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğunda Mədəniyyət Evi bərpa ediləcək. Bu haqda ShimalNews 29 aprel tarixində “İqtisadiyyat.az”a istinadən məlumat verir.
Dövlət Turizm Agentliyi layihə smeta sənədlərini hazırlayacaq şirkət axtarır. Bu prosesə maksimum 48.937,75 manat vəsaitin sərf olunacağı ehtimal edilir.
Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu ötən il sentyabrın 4-də yaradılıb.