top
Xaçmazlı qəhrəman zabitimizi tanıyaq - mayor Tariyel Didarov
20 iyul 2022, 12:24
- ↺ +

Xaçmazlı qəhrəman zabitimizi tanıyaq - mayor Tariyel Didarov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazdan olan qazi Tariyel Didarov qalib ölkənin zabiti olmağı haqqında danışıb. Bu barədə ShimalNews 20 iyul tarixində Azərtac-a istinadən məlumat verir.

Mayor Didarov 1980-ci ildə Bostançı kəndində doğulub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Üç ildən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin “Yerüstü artilleriya” kafedrasında təhsil almağa başlayıb.

Məktəbi bitirdikdən sonra 2003-cü ildə 1 illik zabit ixtisas kursunu keçib. Buranı da bitirərək Müdafiə Nazirliyinin müxtəlif hərbi birləşmələrində, əsasən də cəbhəyanı ərazilərdə xidmətə başlayıb.

Bu zaman gənc zabit Aprel döyüşlərində tabor komandirinin müavini kimi iştirak edib. Daha sonra isə Vətən müharibəsinin Füzuli cəbhəsində döyüşməyə başlayıb və Cəbrayıl ilə Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda şavaşıb.

2020-ci il oktyabrın 26-sı T.Didarov artilleriya kəşfiyyatçısı kimi fəaliyyət göstərir. Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi uğrunda savaşda onun yaxınlığında tank mərmisi partlayır. Döyüşçümüz ağır yaralanaraq komaya düşür. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olur. Tariyel 2-ci qrup müharibə əlili olur.

“Bütün dünya təcrübəsində var ki, müharibə iştirakçıları postmüharibə dövründə psixoloji gərginlik və əsəb keçirirlər. Biz döyüşlərdə ən yaxın yoldaşlarımızı itirmişik. Döyüşçü qardaşlarımız qucağımızda şəhid olub. Müharibə iştirakçılarının psixoloji reabilitasiyası olduqca vacibdir. Fikrimcə, bu işlə yalnız təyinatı üzrə səhiyyə müəssisələri məşğul olmamalıdır. Gücümüzü səfərbər edib qazilərimizə dəstək olmalı, onların hər birinə fərdi yanaşmalıyıq. Mən zabit kimi böyük qürur hissi keçirirəm. Biz qalib ölkənin müzəffər hərbçiləriyik. Çox şükür ki, bütün xalqımız da bu qüruru yaşayır. Qalib ölkənin zabiti olmaq böyük fəxrdir”, - deyə ehtiyatda olan mayor T.Didarov bildirib.

Hərbiçimiz bildirib ki, 20 ildən çox hərbi xidmətdə olub:

“Buna görə də mənə dövlət tərəfindən yüksək pensiya təminatı ayrılıb. Bundan əlavə, mənə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. Təhsil Nazirliyi tərəfindən də işə götürülmüşəm. Hazırda Xaçmaz rayon İsmət Rəsulov adına Əhmədoba kənd tam orta məktəbində “Çağırışaqədərki hazırlıq” fənnini tədris edirəm”.

Tariyel Didarov Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Dünən, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Dünən, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Dünən, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Dünən, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Dünən, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Dünən, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Dünən, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Dünən, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Dünən, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Dünən, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Dünən, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Dünən, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Dünən, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Dünən, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Dünən, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Dünən, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Dünən, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Dünən, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Dünən, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
19 oktyabr 2026, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Oxşar xəbərlər