top
Xaçmazın zibil poliqonu Qudyalçaya köçüb? - VİDEO
01 aprel 2025, 14:35
- ↺ +

Xaçmazın zibil poliqonu Qudyalçaya köçüb? - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qudyalçayın Xaçmaz şəhəri və Köhnə Xaçmaz kəndi yaxınlığından keçən hissəsində ekoloji fəlakət yaşanır.

Shimal.News-un əldə etdiyi görüntülərdə çay yatağının zibilliyə çevrildiyi açıq-aşkar görünür.

Fətəlixan küçəsi istiqamətində vəziyyət daha acınacaqlıdır. Ərazidə zibil qutuları olmadığından ətraf məhəllələrin bütün tullantıları çaya atılır. Nəticədə çayın kənarlarında və yatağında “zibil dağları” meydana gəlib.

Çay yatağında plastik, poliotelen, şüşə qırıqları, pamperslər, köhnə mebellər, uşaq oyuncaqlarından tutmuş, tikinti materiallarına, televizor ekranına, qırıq kresloya qədər rast gəlmək mümkündür.

Bu görüntü ətrafda yaşayanları və aiddiyyatı qurumları narahat etməsə də, ən böyük “dağı” ekologiyaya çəkmiş olur. Çünki yaz və payız aylarında çaya gələn sel qalaqlanan tullantıları da Xəzər dənizinə sürükləyir.

Köhnə Xaçmaz kəndində də vəziyyət həqiqətən ürək bulandırır. Əksər evlərin tullantıları çaya tökülür və açıq-aydın görünür. Ətrafda bir sıra evlərin kanalizasiya sularının Qudyalçaya axıdılması da əlavə problem yaradır.

İnsanlar təbiətimizin incisinə sanki qənim kəsilib. Gah çayın Qubadan keçən hissəsi zibilliyə çevrilir, gah daş karxanaları çay yatağını xarabalığa çevirir, gah da çayın Xaçmazdan keçən hissəsində zibil poliqonu yaradılır.

Maraqlısı odur ki, bura dağlıq, meşəlik bir ərazi deyil. Xaçmaz şəhərinin ən mənzərəli yeridir. Ola bilər ki, İcra Hakimiyyətinin, icra nümayəndəliyinin, kənd bələdiyyəsnini və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları bircə dəfə də burada olmayıblar? Yolları buradan düşməyibsə də bir dərddir, düşüb biganə qalıblarsa da, bir ayrı dərd...

Göz qabağında olan ekoloji çirklənməyə göz yummaq isə, artıq dərd deyil, məsuliyyətsizlikdir, vicdansızlıqdır!

Qudyalçay isə, acığını, hirsini ildə iki dəfə güclü sel gətirməklə çıxır. Üzərindəki körpüləri dağıdır, torpaq uçqunlarına səbəb olur. Çayı ekoloji terror qurbanına çevirənlər görəsən təbiətin qəzəbindən qurtara biləcəkmi?!


 











View this post on Instagram























 

A post shared by SHIMAL NEWS (@shimal.news)


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

Oxşar xəbərlər