Xaçmazda saxlanılan hərbi komissar Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bu barədə ShimalNews 5 oktyabr tarixində məlumat verir.
Toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş hakim Rafiq Abbasovun sədrliyi ilə araşdırılacaq.
Öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilməsi haqqında məlumat vermişdik. Rahim Ağayev vətəndaşdan 8.000 manat tələb etmiş, həmin pulun 5.000 manatını rüşvət kimi almışdır.