Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu baş tutub. Bu barədə ShimalNews 20 iyul tarixində quruma istinadən məlumat verir.
İcra başçısı Elnur Rzayev sakinlərin müraciətlərini dinləyib. Müraciətlər iş və mənzillə təmin olunma, torpaq sahəsinin sənədləşdirilməsi, içməli və suvarma suyu ilə təchizat, elektrik təsərrüfatının yenilənməsi, rabitə, internet və digər sosial müdafiə məsələlərini əhatə edib. Səsləndirilən bəzi məsələlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.