Xaçmaz rayonunda müəllimlərin sertifikasiya prosesində ən yüksək nəticə əldə olunub. Bu barədə ShimalNews 25 iyun tarixində xəbər verir.
Əbilyataq kənd Elçin Mövlamov adına tam orta məktəbin İngilis dili müəllimi Aysel İbrahimova 60 bal toplayıb.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar. Eləcə də tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.