Xaçmaz rayonunun Aşağı Ləgər qəsəbəsində yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 9 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 80 kv.m olan talvar və onun altına yığılan 19 ton ot bağlamasının 10 tonu yanıb.
Əraziyə cəlb olunan FHN-in yanğından mühafizə bölmələri alovu söndürüblər. 9 ton ot bağlaması mühafizə olunub.