Xaçmazda baş verən yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Bu haqda ShimalNews 7 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Ərəb kəndində qeydə alınıb. Ümumi sahəsi 50 kv.m olan talvar alışıb və onun altında yığılan 8 ton ot bağlaması yanıb. Həmçinin yaxınlıqda dayanan “Qazel” markalı yük avtomobilinin kabinəsi və qoşqusunun üzərinə çəkilən tent qismən alovlanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yanğınsöndürənlər ot bağlamalarının qalan 4 tonunu və yaxınlıqdakı meşə zolağını mühafizə ediblər. Alov söndürülüb.