Xaçmazda “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib. Bu haqda ShimalNews 25 sentyabr tarixində DİN Mətbuat Xidmətinə istinadən məlumat verir.
Pərdiqıran kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib. Bildirilib ki, narkotik bitki 2.7 sot sahədə yabanı halda bitib. Onun çəkisi 1.7 tona yaxın təşkil edib, bütün kollar məhv edilib.