Azərbaycan Voleybol Federasiyası (AVF) Xaçmaz rayonunda təlimlər keçirir. Bu barədə ShimalNews 15 iyul tarixində Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir.
Nabran qəsəbəsində gənc və yeniyetmə oğlan və qız voleybolçuların fiziki hazırlıqlarını artırmaq məqsədilə təlim-məşq toplanışlarına start verilib.
İyulun 20-nə kimi davam edəcək hazırlıqlara Qüdrət Məlikov, Cəlil Baxtiyozin və AVF-nın nümayəndəsi, seleksioner məşqçi Yaqub Rəsulov birgə rəhbərlik edirlər. Burada 2005-2008-ci il təvəllüdlü 17 idmançı iştirak edir.