Xaçmaz şəhərində 2 nəfəri elektrik cərəyanı vurub. Bu barədə ShimalNews 3 avqust tarixində Report-a istinadən məlumat verir.
Hadisə Yalama kəndində baş verib. Meyvə soyuducusunun dam örtüyünü tikən zaman 58 yaşlı Vəliağa Çobanovu və 33 yaşlı Ramin Eyvazovu elektrik cərəyanı vurub.
Zərərçəkənlər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Eyvazovun vəziyyəti ağır olduğundan, o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Araşdırma aparılır.