Xaçmaz rayonunda yanğın baş verib. Bu haqda 25 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Hadisə Qusarçay kəndində qeydə alınıb. Ümumi sahəsi 24 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Əraziyə cəlb olunan FHN-in yanğından mühafizə bölmələri alovu söndürüblər.