Bu gün Xaçmaz rayonunda şəhid Rəşid Mədinovun xatirəsinə inşa olunan bulağın açılışı keçirilib. Bu barədə ShimalNews 18 iyul tarixində məlumat verir.
Tədbir Yeni Həyat qəsəbəsində baş tutub. Burada şəhid ailələri, rayon icra başçısı, dövlər qurumlarının nümayəndələri, sakinlər və media işçiləri iştirak ediblər.
Rəşid oktyabrın 13-də Füzuli rayonu uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. O, Pirəhmədli kəndi ərazisində atəş altında qalan yaralı əsgər yoldaşını xilas etmək istəyib. Bu zaman minomyot mərmisinin qəlpəsi Mədinovu ağır yaralamış və o, aldığı xəsarətdən şəhidlik zirvəsinə ucalmışdır.