Xaçmazda qohumlar arasında bıçaqlama hadisəsi baş verib. Bu barədə ShimalNews 2 oktyabr tarixində Apa-ya istinadən məlumat verir.
İnsident Qələbə küçəsində qeydə alınıb. 71 yaşlı Məryəm Haqverdiyeva mübahisə zamanı qohumu tərəfindən bıçaq xəsarəti alıb. Nəticədə yaralı Mərkəzi Xəstəxanaya çatdırılıb və ilkin yardım alıb.
Araşdırma aparılır.