Xaçmaz rayonunda Milli mətbuatın 147 illiyi ilə əlaqədar media nümayəndələri ilə görüş keçirilib. Bu barədə ShimalNews 22 iyul tarixində rayon İH-yə istinadən məlumat verir.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra icra başçısı Elnur Rzayev mətbuat işçilərini və jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışlarda bu il 90 yaşını qeyd edən Xaçmaz qəzetinin fəaliyyəti yüksək qiymətlindirilib.
Sonda Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri İH-nin Fəxri fərmanı ilə mükafatlandırılıblar.