Xaçmazda “Heydər Əliyev Kuboku” adlı intellektual müsabiqə keçirilib. Bu haqda 27 may tarixində ShimalNews məlumat verir.
“28 May - Müstəqillik Günü” münasibətilə təşkil edilən yarış Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutub. Müsabiqədə ümumtəhsil məktəblərinin 80-ə yaxın şagirdi iştirak edib. Qalib iştirakçılar diplom, medal, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Tədbir YAP-nin Xaçmaz Rayon Təşkilatının, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin, Quba-Xaçmaz RTİ-nin Xaçmaz Təhsil Sektorunun, GİKM Xaçmaz nümayəndəliyinin, Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığ ilə həyata keçirilib.