Xaçmaz rayonunda 64 yaşlı kişinin cəsədi aşkar edilib. Bu barədə ShimalNews 25 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Adil Cəlalovun meyiti onun Əhmədoba kəndində yaşadığı evin həyətində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Ehtimal olunur ki, o, spirtli içkinin təsiri altında olub.
Araşdırma aparılır.