Xaçmaz rayonunda Əhməd Cavadın 130 illiyi ilə əlaqədar məlumat saatı keçirilib. Bu barədə ShimalNews 21 iyul tarixində Xaçmaz rayon Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
"İstiqlal şairi" adlı tədbir Palçıqoba kənd kitabxana filialında təşkil olunub. Burada ibtidai sinif şagirdləri iştirak ediblər. Çıxış edən kitabxanaçı görkəmli şairin həyat və yaradıcılığından söz açıb. Sonra iştirakçılar şairin şeirlərini söyləyiblər. Tədbirin sonunda “Əhməd Cavad-130” adlı sərgiyə baxış keçirilib.