Xaçmazda yerləşən işıqfor sürücülər arasında çaşqınlıq yaradır. Bu barədə ShimalNews-a 25 iyul tarixində məlumat daxil olub.
Bu hal Bakı və H.Əliyev prospektlərinin kəsişməsində müşahidə olunur. Nizamlayıcının yaşıl işığı yanmalı olduğu an işarələr çalışmır.
“Artıq 3-4 gündür ki, işıqfor belə işləyir. Kəsişməyə çatanda birdə görürsən ki, heç bir işıq yanmır, bilmirsən keçəsən yoxsa dayanasan”, - deyə sürücülərdən biri bildirib.