Xaçmaz sakini həyatına son qoyub. Bu haqda ShimalNews 26 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən "Qayalı" yaşayış kompleksində qeydə alınıb. Köhnəxaçmaz kəndindən olan 35 yaşlı Alim Talıbov binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Cəsəd müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.
Araşdırma aparılır.