Xaçmaz rayonunda ikimərtəbəli evdə yanğın qeydə alınıb. Bu barədə ShimalNews 19 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Qaradağ Buduq kəndində ümumi sahəsi 242 kv.m olan tikilinin birinci mərtəbəsində yataq dəsti və 1 ədəd xalça yanıb. Ev yanğından mühafizə olunub.
Alov FHN bölmələri tərəfindən söndürülüb.