Xaçmaz şəhərində avtomobil alovlanıb. Bu haqda ShimalNews 27 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə zamanı “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Əraziyə cəlb edilən yanğından mühafizə bölmələri alovu söndürərək, onun avtomobilin qalan hissəsinə keçməsinə mane olublar.