Xaçmaz rayonunun müxtəlif ərazilərində yanğın başlayıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə yanğın baş verib.
Ərazilərə FHN-nin Xaçmaz, Quba və Şabran rayonlarının yanğınsöndürən briqadaları cəlb olunub. Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlərə başlanılıb.
Bildirilib ki, güclü külək alovun söndürülməsində çətinlik yaradır.