Güclü külək Xaçmaz rayonunda fəsadlar törətməyə davam edir. Bu barədə ShimalNews 11 iyul tarixində məlumat verir.
Son məlumatlara əsasən, hava şəraiti qeyri-sabit keçir. Rayon ərazisində fövqəladə hallar baş verir.
Belə ki, gün ərzində bir neçə yanğın hadisəsı baş verib, nəqliyyat vasitəsinin üzərinə ağac düşüb, elektrik təminatında fasilələr əmələ gəlib. Həmçinin ağaclar qırılaraq avtomobil yollarında hərəkətə maneələr yaradıb.