top
Oğlu cinsiyyətini dəyişən şair Eyvaz Qurbanovun DƏHŞƏTLİ HƏYATI
29 oktyabr 2024, 12:20
- ↺ +

Oğlu cinsiyyətini dəyişən şair Eyvaz Qurbanovun DƏHŞƏTLİ HƏYATI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yetim Eyvaz təxəllüsü ilə tanınan şair Eyvaz Qurbanov haqqında maraqlı faktlar toplanılıb.

Kulis.az-ın məlumatına görə, bütün mənbələrdə şairin 26 fevral, 1952-ci ildə Siyəzəndə doğulduğu deyilir. Laki o, 2012-ci ildə verdiyi müsahibədə Şabran (keçmiş Dəvəçi) rayonunda anadan olduğunu deyib.

Onun 40 yaşının tamam olduğu gün Xocalı faciəsi baş verir və Eyvazın 40 yaşından sonrakı bütün doğum günləri faciəyə təsadüf etdiyindən həmin gün doğum gününü qeyd etmir.

Eyvaz Qurbanov həmçinin Xocalıda şəhid olan Əlif Hacıyevin hərbi xidmət yoldaşı olub.

O, 1958-ci ildə Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbin ilk sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Uzun illər toylarda müğənnilik fəaliyyəti ilə məşğul olub. Əməliyyat olunduqdan sonra səsi batıb. Ardınca 21 il avtobus sürücüsü işləyib. 14 yaşından şeir yazmağa başlayan Eyvaz Yetim təxəllüsünü sürücü işlədiyi zamanlarda qazanıb. Özü barədə tez-tez “yetim uşağam” deyən Eyvaz qarajdakı digər sürücülər tərəfindən yetim adlandırılıb.

O, dostu Şirəlinin telefonundan Azərbaycana yayılan “Yaz yağışı” şeiri ilə məşhurlaşıb.

Yetim Eyvaz özünə heç vaxt şair deməyib və şair adlandırılmağını da qəbul etməyib. O, müsahibəsində deyir ki, Füzuli olan yerdə mənim özümə şair deməyim ayıbdı.

2500-dən çox şeir və qəzəli var. Həmin şeirlərin böyük hissəsi itib. Çünki Eyvaz özü sinədəftər olduğundan həmin şeirləri qeyd eləməyib. Bu gün sosial şəbəkələrdə şairin öz dilindən səslənən şeirlərdən savayı, demək olar ki, heç bir mətni yoxdu. Onun “Yaz yağışı” adlı kitabı nəşr olunsa da, hazırda həmin kitab da mənbə kimi qalmayıb.

Çoxu onu savadsız adam hesab etsə də, Yetim Eyvaz Qərb ədəbiyyatından Hüqo, Bayron, Şekspir və başqalarının əsərlərini, eyni zamanda Şərq klassikasını mütaliə edib.

Özü müsahibəsində deyib ki, ailəsi ilə şeirə görə boşanıb. Övladlarını evləndirdikdən sonra həyat yoldaşı ilə şeir üstündə mübahisə edib. Yoldaşı ondan şeirlərindəki qadının kim olduğunu soruşub. Dəfələrlə təkrarlanan bu hadisədən sonra Eyvaz evdən birdəfəlik gedib.

2016-cı ildə əməliyyat olunub. Həkim ona spirtli içkini qadağan etsə də, Eyvaz bunu qəbul etmir: “Mən hamıya demişəm, pənco-pənco içəsən gərək. İndi necə deyim ki, pəhrizdəyəm. Allahın verdiyi ömür nədirsə, onu da yaşayacam”. O, bu sözlərdən bir neçə ay sonra, 2017-ci il 23 iyulda trombdan vəfat edib.

Eyvaz Qurbanovun 2 qızı və 2 oğlu var. Onlardan biri Aqşinin 2018-ci ildə Türkiyədə cinsini dəyişib. Mətbuatın yazdığına görə, Aqşin müğənnilik fəaliyyəti ilə məşğul olub. Hətta səs yarışmasına da qatılıb.

Aqşin atasının yasında və dəfnində iştirak etməyib. O, sərt və aşağılayıcı sözlərlə onu “Gay” olmaqda ittiham edənlərin cavabını verərək anasının onları əziyyətlə böyüdüyünü bildirib:

“Anam çörək, xlor satıb bizi dolandırıb. Mən özümü tanıyandan atam narkotik, içki aludəçisi olub. Evimizdəki soyuducumuz, çarpayımız, əşyalarımız borclara gedirdi. Hər gün evdə göz yaşı görürdüm. Anam hər gün ağlayırdı. Mən ondan atalıq görməmişəm. O qədər yazdılar ki, heyif o kişidən ki belə oğlu var. Axırda dözməyib intihar etmək qərarına gəldim. Məni güclə polislər bu fikrimdən daşındırdı. Mən ən böyük travmaları qohumlarımdan almışam. Uşaqlıqdan mənə qul kimi yanaşıblar. Qohumlarım yediyim tikəni də sayırdılar. Atamı öldürən elə onlar oldu. Bütün günü ondan anama, anamdan ona xəbər aparırdılar. Yazıq kişi axırda özünü yandırdı da. Çoxları monitor arxasında şir olur. Deyəndə ki, gəl görüm, kimsiz, həmin an dovşan olurlar. Elə insanlara demək istəyirəm ki, kimə nə mənim həyatımdan? Kişiyəm, geyəm, transam, özüm bilərəm. Şərhlərə fikir verirdim. Gecənin bir yarısı ağızlarına nə gəldi yazırdılar”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Bu gün, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Bu gün, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Bu gün, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Bu gün, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Bu gün, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
29 oktyabr 2026, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
29 oktyabr 2026, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Oxşar xəbərlər