Xaçmaz rayonunda taxıl biçini davam edir. Bu barədə ShimalNews 15 iyul tarixində Dövlət Toxum Fonduna istinadən məlumat verir.
Fondun aqronom və mütəxəssisləri tərəfindən toxumluq sahələrdə monitorinq aparılıb. Nəticədə bu il fermerlərin yüksək məhsul əldə etdikləri məlum olub.
Məlumata görə, taxıl sahələrində xəstəliklərə, ziyanvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə və aqrotexniki tədbirlər düzgün aparılıb. Bununla yanaşı, məhsul istehsalçıları ilə mütəmadi maarifləndirmə söhbətləri aparılıb.