Xaçmaz bağlarında artıq fındıq yığını yekunlaşıb. Bu barədə ShimalNews 11 oktyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Təsərrüfatçılar bu il rayon bağlarından 8.462 ton məhsul əldə ediblər. Hazırda rayonda fındığın 1 kiloqramı 4.50 manatdır. Ötən il isə 3.5 manat idi.
Xaçmazda 10-dan çox fındıq qəbulu məntəqəsi və fındıq emalı müəssisəsi məhsulu fermerlərdən alır. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlamağa üstünlük verirlər.