top
Xaçmazda 14 yaşlı qızı evinə aparıb yatağına salan şəxs HƏBS EDİLDİ
01 aprel 2025, 17:30
- ↺ +

Xaçmazda 14 yaşlı qızı evinə aparıb yatağına salan şəxs HƏBS EDİLDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilib.

Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Qusar Rayon Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Zaur Əfəndiyev (ad şərtidir) 2006-cı ildə Qusar rayonunda doğulub. O, ötən ilin avqust ayında 2010-cu il təvəllüdlü zərərçəkmiş Sevda Qasımovanı (ad şərtidir) yaşadığı evə aparıb. Öz cinsi ehtirasını təmin etmək üçün qızın razılığı ilə ona qarşı seksual hərəkətlər edib.

Bununla da Zaur Əfəndiyev Azərbaycan Respublikası CM-nin 152.1-ci (yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Zaur Əfəndiyev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib:

“Sevdanı “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımışam. Bir müddət telefonla danışıb, tanış olduqdan 2 ay sonra görüşmək qərarına gəldik. Hadisə günü səhər saat 6-ya işləmiş onun görüşüb, taksi ilə mənim evimə getdik.

Evdə olarkən onunla söhbət edib, həmçinin sevişdik. Sevdanın 14 yaşı olduğunu, 9-cu sinifdə oxuduğunu bilirdim. Qıza qarşı heç bir zor tətbiq etməmişəm. Aramızda olanların hamısı könüllü olub. Hadisədən sonra Sevdanın valideynləri ilə barışmağa cəhd etdim, lakin razı olmadılar. Əməlimdən peşmanam”.

Daha sonra məhkəmədə zərərçəkmiş Sevda Qasımova ifadə verib. O, Zaur Əfəndiyevin ifadəsini təsdiqləyib:

“Zaurla sosial şəbəkədə tanış olduq. Danışdığımız zaman yaşımı, neçənci sinifdə oxuduğumu demişdim. Hadisə onun danışdığı kimi olub. Həmin gün səhərə yaxın evdən çıxıb Zaurla görüşüb, taksi ilə onun evinə getdik. Evdə mənim razılığım ilə sevişmişik”.

Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ifadə verərək göstərib:

“Qızım hazırlıq kursuna gedib-gəlirdi. Onun gecə saatlarında evdən çıxması halları heç vaxt olmayıb. Avqustun 21-i səhər tezdən oyanıb Sevdanın evdə olmadığını görüb DİN-nin “102” xidmətinə məlumat verdim. Günorta saatlarında qızım evə qayıtdıqda bütün hadisəni mənə danışdı. Zaurla barışıq yoxdur, ona cəza təyin edilməsini istəyirəm”.

Məhkəmənin qərarı ilə Zaur Əfəndiyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

Oxşar xəbərlər