Xaçmaz rayonunda şəhid Rəşid Mədinovun xatirəsinə inşa olunan bulağın açılışı olacaq. Bu barədə ShimalNews 16 iyul tarixində sosial şəbəkələrdə yayılan məlumata istinadən xəbər verir.
Tədbir iyulun 18-i, saat 10:00-da Yeni Həyat qəsəbəsində baş tutacaq.
Rəşid oktyabrın 13-də Füzuli uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. O, Pirəhmədli kəndi ərazisində atəş altında qalan yaralı əsgər yoldaşını xilas etmək istəyib. Bu zaman minomyot mərmisinin qəlpəsi Mədinovu ağır yaralamış və o, aldığı xəsarətdən şəhidlik zirvəsinə ucalmışdır.