Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 18 iyul tarixində Report-a istinadən məlumat verir.
Hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib. Velosiped sürən 22 yaşlı Nazim İsayevi "Hyundai" markalı minik avtomobili vurub. Nəticədə İsayev aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Hadisənin videosunu izləmək üçün link üzrə keçid edin: https://t.me/+-n_4iLTjgyszNGQy