Xaçmazda yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 9 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Xaspoladoba kəndində baş verib. Ümumi sahəsi 48 kv.m olan talvarın 16 kv.m hissəsi yanıb. Həmçinin burada toplanılan 6 ton ot bağlamasının 5 tonu yanıb.
Əraziyə cəlb olunan FHN-in yanğından mühafizə bölmələri alovu söndürüblər.