Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri üzrə açıq tenderin qalibi məlum olub. Bu barədə ShimalNews 15 iyul tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verir.
Məlumata əsasən, müsabiqənin qalibi "Taleh-A.T." müəssisəsi olub. Məbləğ isə 1.077.756 manat təşkil edib.
Daha öncə adıçəkilən tenderin elan olunması haqqında məlumat vermişdik.