Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında “Təmiz hövzələr” aksiyası keçirilib. Bu barədə ShimalNews 7 iyun tarixində məlumat verir.
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə istifadəsi qadağan olunan ov alətləri su hövzələrindən yığışdırılıb.
Daha öncə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Dünya Əhmədova balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırmışdı.