Xaçmaz rayonunda mobil operatorlardan biri şənlik təşkil edib. Bu barədə ShimalNews 12 iyul tarixində məlumat verir.
Şəhərdə yerləşən Şəxsiyyətlər Parkında Azercell tərəfindən “Bölgələrə daha yaxın” şüarı altında kampaniya keçirilir. Burada şirkət öz yeni məhsullarını təqdim edir.
Sakinlər üçün müsabiqələr, hədiyyələr, maraqlı oyunların keçiriləcəyi bildirilib.