Paytaxtda kirayə qalan Xaçmaz rayon sakininin mənzilində narkotik vasitələr aşkarlanıb. Bu barədə ShimalNews 22 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Xaçmaz rayon sakini Ə.Qafarovun Bakıxanov qəsəbəsi ərazisində kirayədə yaşadığı mənzilə baxış keçirilib. Nəticədə oradan 149 qramdan artıq narkotik vasitələr və 70 ədəd preqabalin həbi aşkar olunaraq götürülüb.