27 Sentyabr - Anım Günü ilə əlaqədar Xaçmaz rayonunun Şəhidlər xiyabanında mərasim keçirilib. Bu haqda ShimalNews 27 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.
İcra başçısı Milli Qəhrəman Yavər Şahbazovun büstünü ziyarət edib, şəhidlərin xatirə lövhələri önünə güllər düzüb. Mərasimdə hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayanıb.
[caption id="attachment_49352" align="alignnone" width="640"]
Foto Xaçmaz Rayon İcra Hakimiyyəti[/caption]
[caption id="attachment_49353" align="alignnone" width="640"]
Foto Xaçmaz Rayon İcra Hakimiyyəti[/caption]