Xaçmaz rayon sakini oğurluqda şübhəli bilinərək saxlanılıb. Bu barədə ShimalNews 22 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Xaçmaz RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə “Scania” markalı avtomobilin içərisində 46.000 rubl pul, sənədlər və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən rayon sakini Y.Niftəliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.