Elnur Rzayev Xaçmaz rayonunun Yalama kəndində səyyar qəbul keçirib. Bu haqda ShimalNews 4 iyul tarixində məlumat verir.
Yalama, Düztahiroba, Xanoba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyəti başçısı, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Elnur Rzayev sakinləri narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.