Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 9 iyul tarixində xəbər verir.
Tel kəndində "ArmaTrac" markalı traktor və yaxınlıqda 200 kv.m kol-kos yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.