Xaçmazda sel sakinlərə zərər vurub. Bu haqda ShimalNews 22 iyun tarixində məlumat verir.
Ağyazı və Alıcqışlaq kəndlərini birləşdirən körpünü sel basıb. Nəticədə nəqliyyatın hərəkəti dayandırılıb. Eləcə də sakinlərin bağ və əkin sahələrinə zərər dəyib. Vətəndaşlar onların evlərinə də ziyan dəydiyini bildiriblər.