Xaçmazda yük avtomobili və taxıl sahəsi yanıb. Bu haqda ShimalNews 8 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Qaracəlli kəndində qeydə alınıb. “MAN” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 2 ton taxıl və yaxınlıqda 1 ha biçilmiş taxıl sahəsi yanıb.
Məhsulun 20 tonu və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.