Prezident İlham Əliyev Xaçmaz rayonunda hakim vəzifəsinə təyin olunma haqqında Sərəncam imzalayıb. Bu barədə ShimalNews 11 oktyabr tarixində məlumat verir.
“Məhkəmələr və hakimlər haqqında” qanuna uyğun olaraq, namizədlər vəzifəyə təyin ediliblər: Nərmin Abiyeva və Aynur Əliyeva.
Eləcə də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, kadr dəyişikliyi baş verib. Anar Sadıqov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.