Xaçmaz rayonunda elektrovoz sakini vuraraq öldürüb. Bu barədə ShimalNews 9 iyul tarixində Apa-ya istinadən məlumat verir.
Hadisə Yalama istiqamətində dəmiryolda baş verib. Maşinist Cabir Məmmədov və köməkçisi Camələddin Ağayevin idarə etdikləri elektrik qüvvəsi ilə işləyən lokomotiv Qusarçay kənd sakinini vurub. Nəticədə 32 yaşlı Rəşad Vəlibəyov yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.