Sosial şəbəkədə Xaçmaz rayon polis şöbəsinin rəisinin rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb. Bu barədə ShimalNews 5 avqust tarixində Oxu.az-a istinadən xəbər verir.
Yayılan videoda Xaçmaz DYP-nin rəisi, polis mayoru Elnur Quliyevin otaqda əməkdaşları ilə pul müzakirə etdiyi görünür. Bununla bağlı Daxili İşlər Nazirliyində müvafiq araşdırma aparılıb.
“Bəzi sosial şəbəkə seqmentlərində yayılan görüntülər köhnə kadrlardır”, - idarədən bildirilib.