Xaçmaz-Xudat yolunun üzərində baş vermiş yanğın zamanı nəzarətsiz qalan avtomobil alovdan xilas edilib. Bu barədə ShimalNews 12 iyul tarixində Oxu.az-a istinadən məlumat verir.
“VAZ 2107” markalı avtomobil yol kanarında park edilmişdir. Onun sürücüsü isə ətrafda yox idi. Yanğın artıq nəqliyyat vasitəsinə bir neçə metr məsafəyə yaxınlaşmışdır.
Bu halı görən post patrul xidmətinin və dövlət yol polisinin əməkdaşları nəqliyyat vasitəsinin təxliyəsinə başlayıblar. Onların səyləri uğurla nəticələnib.