top
Xaçmaz: Padar sakinlərinin örüş sahələri hasarlanıb
09 iyul 2022, 13:46
- ↺ +

Xaçmaz: Padar sakinlərinin örüş sahələri hasarlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun Padar kəndində örüş sahələrinin icarəyə verilməsi sakinlərə çətinlik yaradır. Bu barədə ShimalNews 9 iyul tarixində Real TV-yə istinadən xəbər verir.

Sakinlər bildirirlər ki, kəndin 28 hektar örüş sahəsi var idi. Lakin 2019-cu ildə sabiq bələdiyyə sədri bu ərazini 2 vətəndaşa uzunmüddətli icarəyə verib. O vaxtdan fermerlər mal-qarasını otarmağa yer tapmır.

“Biz heyvanlarımızı Ağçaya aparırıq, lakin orada sellər çox gəlir, mal-qaramız tələf olur. Kənddə mal saxlamaq mümkün deyil”, - deyə kənd sakini Ceyhun Dadaşov bildirib.

“Özünüməşğulluqdan 2019-cu ilin yanvar ayında mənə 21 baş heyvan veriblər. İndi də heyvanlarım yerindədir. Onları otarmağa yer tapa bilmirəm. Dedilər öz pay torpağımda otarım. O isə kanal ərazisinə düşür. Mən bu heyvanı necə saxlamalıyam? Mənim kəndimdə örüş ola-ola, onu kimsə istifadə edir”, - deyə fermer Səməd Kərimov söyləyib.

Örüş əraziləri 3 il öncə dəmir torla hasara alınıb və burada bağ sahəsi salınıb. Sakinlər hesab edir ki, bütün kəndin bu əraziyə ehtiyacı olduğu vaxtda, onun yalnız 2 nəfərə icarəyə verilməsi düzgün deyil.

Məsələ ilə bağlı Padar kəndinin tabe olduğu Yergüc bələdiyyəsinə müraciət olunub.

“2018-ci ildə məndən öncəki bələdiyyə tərəfindən həmin torpaqlar üzərində mülkiyyət hüququ qazanılmışdır. Mülkiyyət hüququnu qazanmaq üçün məsələ müvafiq instansiyalardan keçir və, eyni zamanda mülkiyyət hüququ qazanılandan sonra hərrac komissiyasına təqdim olunur. Hərracda isə bəli, 5 hektar 75 sot örüş təyinatlı torpaq sahəsi var. O, bələdiyyə mülkiyyətinə aiddir, ətrafında isə əkin təyinatlı torpaq sahələridir. Hərrac zamanı vətədaş qalib seçilmiş və həmin torpaq sahəsi ona icarəyə verilmişdir. Bu günə qədər də icarə müqaviləsinə əsasən təyin olunan qiymət bələdiyyə büdcəsinə hər il vaxtı-vaxtında ödənilməkdədir”, - bələdiyyə sədri Özal Əspəndiyev bildirib.

O, həmçinin əlavə edib ki, sahələr vətəndaşlara tam qanuni şəkildə icarəyə verildiyi üçün, yalnız tərəflər arasında mübahisə yarandığı təqdirdə icarə müqaviləsi ləğv edilə bilər. Hazırda hər hansı belə səbəb yoxdur. Həmçinin bələdiyyənin balansında ümumi istifadə üçün örüş sahəsi yoxdur. Buna görə sakinlər yalnız pay torpaqlarından istifadə etməklə heyvandarlıqla məşğul ola bilərlər.

[caption id="attachment_20426" align="alignnone" width="300"]Foto Real TV Foto Real TV[/caption]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Dünən, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Dünən, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Dünən, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Dünən, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Dünən, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Dünən, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Dünən, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Dünən, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Dünən, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Dünən, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Dünən, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Dünən, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Dünən, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Dünən, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Dünən, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Dünən, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Dünən, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Dünən, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Dünən, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
19 oktyabr 2026, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Oxşar xəbərlər