Xaçmaz rayonunun meşə sahəsində narkotik bitki əkib yetişdirən şəxs tutulub. Bu barədə ShimalNews 13 iyul tarixində 1news.az-a istinadən məlumat verir.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçiriblər. Nəticədə rayon sakini Namik Kamalov saxlanılıb.
Məlumata görə, Nağıoba kəndi ərazisində 1948 ədəd (ümumi çəkisi 375 kq 100 qr) yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Məhkəmənin qərarı ilə N.Kamalov barəsində həbs qətimkan tədbiri seçilib.