Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 11 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Nabran kəndində istirahət mərkəzinin ərazisində məcburi köçkünlərin məskunlaşdığı kottec alışıb. Nəticədə 3 otaqlı kottecin dəhlizi yanıb.
Əraziyə FHN-in bölmələri cəlb edilib. Yanğın söndürülüb.